Zaqataladan Mingəçevirə gedən mikroavtobus ağaca çırpılıb, ölənlərin sayı artıb – YENİLƏNİB

Zaqataladan Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 10 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan  “Mercedes” markalı mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə mikrovatobusun sürücüsü, Zaqatala rayonunun Qanqax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev hadisə yerində ölüb.

Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb.

Xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

loading...

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...