Zaqatalada tütün üçün toxum qoyulur – VİDEO

Zaqatala rayonunda ənənəvi kənd təsərrüfatı sahələrindən olan tütünçülüyün ilkin mərhələsinə start verilib. Tütün emalı müəssisəsində şitil üçün toxum qoyma işləri aparılır.

Xüsusi qablarda işlər görülür, daha sonra onlar suya qoyulur…Zaqatala rayonunda tütün şitilinin yetişdirilməsi üçün toxum qoyma işlərinə başlanılıb.

Burada xarici ölkələrdən gətirilmiş mineral gübrələrin qarışığından ibarət torfda ətirili virciniya tütün toxumu qoyulur. Tütünçülük sahəsinin bərpasından sonra tütün emalı müəssisəsi tam gücü ilə işə başlayıb.

Toxum qoyma prosesi texnikalar vasitəsilə həyata keçirilsədə, əl əməyindən də istifadə olunur. Kasetlərə qoyulmuş toxum sonra istixanalara köçürülür. Burada 40-45 gün müddətində xüsusi qulluq nəticəsində toxum yetişdirilərək şitil halına gətirilir. Aprel ayında isə şitilin sahələrə köçürülməsinə başlanılır.

Aqronom bildirib ki, artıq fermerlər toxum üçün müraciət edir və sifarişlər alınır. Bu il 2400-hektar ərazidə tütün əkilməsi nəzərdə tutulub.

Fermerlər toxumu sifariş edərək öz şəxsi təsərrüfatında yetişdirə bilir və ya birbaşa xüsusi texnologiya vasitəsilə yetişdirilmiş şitil əldə edir. Buradakı şitillərin yalnız texnika vasitəsi ilə əkilməsi üçün nəzərdə tutulub.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...