Zaqatalada fərdi yaşayış evi yanıb

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın bu gün günorta saat 14:35 radələrində rayonun Mamrux kəndində, kənd sakini Ramazan Məhəmməd oğlu Əliyevə məxsus, ümumi sahəsi 140 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 60 kv/m,  iki otağının tavanı 40 kv/m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...