Qaxda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub – YENİLƏNİB

Qaxda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə zamanı Qax rayonu Əlibəyli kənd sakini Akati Emraşvili ölüb, daha 6 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

 

Belə ki, Qax rayonu, Əlibəyli kənd sakini, 20 yaşlı Laşa Sioşvili rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

1982-ci il təvəllüdlü  Qita Dikaşvili, 1980-cı il təvəllüdlü Naia Emraşvili, 1977-ci il təvəllüdlü Laşa Andraşvili, 1991-ci il təvəllüdlü Qiorqi Barxaşvili və  2014-cü il təvəllüdlü Nikolas Emraşvili isə həmin xəstəxananın cərrahiyə şöbəsində müalicə alırlar.

 

Faktla bağlı araşdırma davam etdirilir.

 

***

 

21:17

 

Qaxda baş verən yol qəzasında 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndi ərzisində baş verib. “Volkswagen” markalı, “34 BE 852” dövlət nömrə nişanlı minik avtomobili ilə “VAZ-21011” markalı “62 BC 796” dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər hadisə yerində ölüb, ikisi ağır olmaqla 7 nəfər isə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

 

MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan rayonun Əlibəyli kənd sakini 20 yaşlı Sioşvili Laşa Aludayeviç ağır qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib, digər hələki şəxsiyyəti bilinməyən 6 nəfər isə cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinə aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

 

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...