Mağazaları talayan qardaşlar tutuldu – VİDEO

1. 167

Əvvəllər məhkum olunmuş qardaşlar mağazalardan pul, tütün məmulatları və kontur oğurlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, Qax rayon polis şöbəsinin əməkdaşları Baydarlı, Şotavar və Tasmalı kəndlərindən, o cümlədən şəhər ərazisində bir neçə dükandan oğurluq edən Zaqatala rayon Bəhmətli kənd sakinkəri Elsevər və Eldəniz Muradov qardaşlarını saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Neftçalada isə qızıl-zinət əşyalarını oğurlayan şəxs tutulub.

Elşən Dünyamalıyevin müraciəti əsasında aparılan araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən 23 yaşlı rayon sakini İdrak Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, o, şəhərdəki 7-ci məhəllədə yerləşən fərdi yaşayış evinin pəncərə şüşələrini sındırmaqla evə daxil olub və oradan ümumi dəyəri 4000 manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb.

Saxlanılan şəxsin digər cinayətlərdə də əlinin olub-olmaması araşdırılır.

Faktla bağlı Neftçala rayon Polis şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...