Zaqatalada Qərzəkli meyvələr bahalaşıb – BAZARDAN REPORTAJ – VİDEO

Qərzəkli meyvələrin məskəni sayılan Zaqatalada bu məhsulların alıcısı az olsa da, qiyməti bahadır.

Xezxerxeber.az-ın məlumatına görə, Zaqatala bazarının qərzəkli meyvələr satılan hissəsində alıcıdan çox satıcı gözə dəyməkdədir. Mövsümün əvvəllərindən fındıq və qozun qiyməti sulu olduğu üçün nisbətən ucuza satılırdısa, hazırda qiymətlərdə 1-2 manat artırm var.

Şabalıda gəldikdə isə, qiymətləri “əl yandırır”. Rayonda bu məhsulun ilbəil azalması öz növbəsində, bazarlarda qiymətin artması ilə nəticələnib.

Satıcıların sözlərinə görə, qarşıdan gələn Novruz bayramı ərəfəsində qiymətlərin cuzi də olsa artması müşahidə oluna bilər. Lakin alıcılıq səviyyəsi bu vəziyyətdə olarsa, artım yox, əksinə qiymətlərdə düşmə qaçılmaz olacaq.

Ümumiyyətlə isə, satıcılar bildirirlər ki, bazarlara Zaqatala quru meyvələri adı ilə daha çox Gürcüstandan məhsul gətirib, ucuz qiymətə təklif edirlər.

Bizi sosial şəbəkələrdə izləyin!

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...