Zaqatalada dəhşətli hadisə – ana və azyaşlının meyiti tapıldı – VİDEO

Zaqatalada 3 nəfər evdə ölü tapılıb. Hadisə Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib. Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən qardaşının azyaşlı övladının meyitləri aşkar edilib. Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub. Lakin o, sağ qalıb. Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır. Meyitlər tibbi müayinə olunması üçün Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. İlkin ehtimala görə ölümə səbəb dəm qazından zəhərlənmə olub.

Sumqayıtda dəm qazından zəhərlənmə halı qeydə alınıb. Şəhər sakini Sənan Salmanovun yaşadığı evin hamamında dəm qazından zəhərləndiyi bildirilir. Onu , huşsuz vəziyyətdə yaxınları aşkar edərək, dərhal xəstəxanaya çatdırıblar. Vəziyyəti ağır olsada, həkimlər tez və vaxtında müdaxiləsi nəticəsində o, sağ qalıb. Hazırda isə vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...