Zaqatalada Xurma bu üsulla qurudulur

411

Zaqatalada xırnik ən çox yetişdirildiyi rayonlardandır. Burada xırnik həm yaş, həm də qurudulmuş formada satışa çıxarılır. Bir ton yaş xırnikdən təqribən 200-250 kiloqram quru məhsul əldə edilir. İndi sizə xırniyin qurudulma qaydasını təqdim edəcəyik. Əvvəlcə soyularaq ipə düzülür, sonra isə qurudulmaq üçün bu cür asılır.Xurma bu üsulla qurudulur. Zaqatalada ənənəvi meyvəçilik sahələrindən biri də xırnikçilikdir. Rayonun ən çox xırnik yetişdirilən yaşayış məntəqələrindən biri isə Car kəndidir. Burada məhsulun müəyyən hissəsi seçilərək Rusiya bazarlarına çıxarılır. Yerdə qalan qismi isə satış məqsədi ilə qurudulur. Car kəndində demək olar ki, əksər evlərdə qurudulmaq üçün asılmış xırnik iplərini görmək mümkündür. Hər ailə ildə 3-5 ton yaş xırnik soyaraq qurudur. Qurutma prosesi əsasən oktyabr-dekabr aylarında həyata keçirilir. Sakinlər xırniyi həm açıq hava şəraitində, həm də kustar üsulla hazırlanan yerlərdə qurudurlar. Xırnik qurusunun tam hazır olması üçün 2 aya yaxın vaxt lazımdır. Bir ton yaş xırnikdən təqribən 200-250 kiloqram quru məhsul əldə edilir. Hazır məhsulun bir kiloqramı topdan 2,5-3 manata satılır. Qurudulmuş xırniyə tələbat da çoxdur. Yeni il və Novruz bayramı ərəfəsində qurudulmuş xırniyə tələbat daha da artır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...