Bəzi bölgələrdə hələ də kəhrizdən istifadə edilir – VİDEO

Əvvəlcə quyu qazılır, sonra isə divarlar betonlanaraq möhkəmləndilir… Su quyusu olan kəhriz bu cür qazılır.

Xezerxeber.az məlumat verir ki, bəzi bölgələr kimi Zaqatalada da hələ də kəhrizdən istifadə edən xeyli ailə var. Bu quyular əsasən əllə su çıxanadək qazılır. Quyunun divarları uçmasın deyə hər 6 metrdən bir beton tökülür. Ərazidə suyun olub-olmamasını isə dəstənin tərkibində olan geoloq müəyyən edir.

Olduqca ağır və təhlükəli olan bu işdə kiçik bir ehtiyatsızlıq acı nəticə verə bilər. Kəhriz qazanlar deyirlər ki, 15 metrdən sonra havasızlıq ucbatından quyuda çox qalmaq olmur.

Quyunun bir metri 60 manata qazılır. Əgər su çıxmazsa sövdələşməyə əsasən heç bir ödəniş alınmır. Su quyusunu qazarkən həmin məkanın relyefi də mütləq nəzərə alınmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...