Zaqatalada keçirilən fındıq festivalından möhtəşəm görüntülər ( Video )

2. 084

Azərbaycanda findıq istehsalının böyük hissəsi Zaqatala rayonunun payına düşür.
Fındıqçılığın daha geniş təbliğ edilməsi məqsədilə Zaqatala rayonunda ilk dəfə Fındıq Festivalı keçirilib.
Festivalda fındıq növləri və fındıqdan hazırlanan müxtəlif məhsullar sərgilənib.
Zaqatalada ilk dəfə keçirilən Fındıq Festivalında respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, eləcə də rayon sakinləri iştirak ediblər.
Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıqdan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olublar. Festivalda həmçinin Şəki, Qax və Balakən rayonlarının təmsilçiləri iştirak edərək öz ləziz təamlarını və sənətkarlıq nümunələrini nümayiş etdiriblər.
Festival çərçivəsində ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işləri kimi müxtəlif müsabiqələr festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Rayon sakinləri belə bir festivalın keçirilməsini sevinclə qarşılayıb, ənənəvi olmasını arzulayıblar.
Fındıq Festivalı konsert proqramı ilə davam edib.

 

Video montaj-Orxan Hüseynzade
Facebook- https://www.facebook.com/zaqatalaws
İnstagram- https://www.instagram.com/zaqatala.ws/
Rəsmi sayt-http://zaqatala.ws/

Operator- Tural Nusalov
Facebook- https://www.facebook.com/tural.nusalov
Instagram studi- https://goo.gl/WyLwSQ
İnstagram- https://www.instagram.com/nusalov_tural/

 

loading...

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...