Bakıda ağır cinayətin üstü açıldı: Fermaya basqın edənlər saxlanıldı – VİDEO

854
- Advertisement -

Bakıda ağır cinayətin üstü açılıb. Təxminn bir il əvvəl iki nəfər fermaya basqın edərək oranın sahibini döyüb pulunu və iki ədəd silahın alıb qaçmışdılar. Polis həmin cinayəti törədən şəxsləri saxlayaraq istintaqa cəlb edib.

Bir il əvvəl baş vərən cinayətin üstü açılıb.

28 dekabr 2016-cı il tarixində iki nəfər naməlum şəxs Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən fermalardan birinin yaşayış sahəsinə basqın edərək oranın sahibi Hafis Həsənova həyatı və sağlamlığı üçün zor tətbiq etməklə, yəni silah qismində istifadə olunan dəmir parçası ilə xəsarət yetirərək ondan pul tələb edib. Bu yolla həmin şəxslər zərərçəkənin 1400 manatını, eləcə də ona məxsus iki ədəd ov tüfəngini götürərək qaçıblar. Hadisədən sonra zərərçəkən Hafiz Həsənov baş verən cinayət barədə hüququ-mühafizə orqanlarına məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsinin Beyləqan rayon sakini Elməddin Abbasov və Zaqatala rayon sakini Vasif Məmmədəliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub.Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin fermadan quldurluq yolu ilə əldə etdikləri ov tüfənglərini basdıraraq gizlətdikləri yer də müəyyən edilib. Ov tüfəngləri basdırıldıqları yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı Elməddin Abbasov və Vasif Məmmədəliyevin Zaqatala rayonunda da oğurluq cinayətləri törətdikləri məlum olub.

Faktla bağlı hər iki şəxs barəsində Suraxanı rayon polis idarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...