Zaqatalada yaşayış evində yanğın baş verib

1. 139
- Advertisement -

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 20:30 radələrində rayonun Qandax kəndində, kənd sakini Nəsrullah Süleymanova məxsus, ümumi sahəsi 150 kv/m olan bir mərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı dərhal alınıb.

Yanğın nəticəsində evin çardaq hissəsinin 60 kv/m-lik hissəsinin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...