Zaqatalada təmirə bağlanan körpü istifadəyə verilib

584
- Advertisement -

Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti bərpa edilib.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, Zaqatala şəhərinin girişində Tala çayı üzərindəki körpüdə sentyabrın 12-dən aparılan əsaslı təmir işləri başa çatıb. Bu gün körpü istifadəyə verilib və magistral yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Xatırladaq ki, təmir olunan körpü 1967-ci ildə istifadəyə verilib. Körpünün uzunluğu 132 metr, eni 7 metrdir.

Təmirdən sonra körpüdə hərəkət zolağının eni 10 metr, piyada zolaqları isə 3 metr təşkil edir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 24,6 milyon manat ayrılıb.

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi magistral yolunun 124 və 164-cü km-lərində əsaslı təmir işlərinə artıq başlanılıb.

loading...

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...