Zaqatalada 58 yaşlı velosipedçi ağır xəsarət alıb

818
- Advertisement -

Zaqatalada 58 yaşlı velosipedçi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə oktyabrın 28-də axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində keçən hissəsində baş verib.

Rayonun Yuxarı Tala kənd sakini, 1959-cu il təvəllüdlü Müzəffər Nurullah oğlu Ramazanov idarə etdiyi velosipedlə hərəkətdə olarkən idarəetməni itirib və velosipedi yolun kənarındakı beton maneəyə vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan 58 yaşlı M. Ramazanov Zaqatala Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Müzəffər Ramazanova açıq kəllə-beyin travması qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...