Zaqatalada 49 yaşlı kişi ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb ( Video )

loading...

Bu gecə saat 04 radələrində Zaqatala rayonunun Sumaylı kənd sakini 1968-ci il təvəllüdlü Rövşən Şamil oğlu Qurbanov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 49 yaşlı Rövşən Qurbanov müayinə vaxtı verdiyi ifadəsində bildirib ki, kəndin inzibati ərazisində çöl sahəsində ocaq yandıran zaman ehtiyatsızlıqdan yanıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rövşən Qurbanova döş qəfəsinin, kürəyin, yuxarı ətrafların və aşağı sağ aralığın 3 dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

815 Ümumi bağış 1 Bu gün

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...