Zaqatalada vəzifəli şəxsin avtomobili yanıb ( Video )

loading...

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 13:40 radələrində Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nəzdindəki  Zaqatala Bölgə Təcrübə Stansiyası ərazisində qeydə alınıb. Stansiyanın direktoru Nəbi İsmayıl oğlu Kərimova  məxsus “Niva” markalı, 10 TT 849 dövlət nömrə nişanlı minik avtomobili dayandığı yerdə qəfildən yanmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları  içərisində olan sənəd və əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...