Güclü külək Zaqatalada fəsadlar törədib ( Video )

687

loading...

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, sentyabrın 11-i axşam saat 21 radələrindən başlayaraq sentyabrın 12-nə keçən gecəyə qədər Zaqatala rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb.

Rayonun 3-cü Tala, Muğanlı və Yolayrıc kəndlərində qısamüddətli güclü küləklə müşayiət edilən leysan yağıb. Güclü külək nəticəsində Yolayrıc kəndində bir neçə evin, 20-dən çox tövlə və talvarın dam örtüyü uçub, ağaclar yıxılıb, elektrik dirəkləri və naqillərə zərər dəyib.

Nəticədə rayonun bəzi ərazilərində elektrik enerjisi verilişində fasilələr yaranıb. Hazırda kənd sakinləri və aidiyyatı qurumlar fəsadların aradan qaldırılması ilə məşğuldur.

Zaqatala Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, yaxın saatlarda bu ərazilərdə elektrik enerjisi verilişi tam bərpa ediləcək.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...