Adı Rövşən Lənkəranskinin qətlində hallanan azərbaycanlı Tbilisidə öldürülüb ( Video )

1. 118

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda ötən gecə azərbaycanlı odlu silahla qətlə yetirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.

Digər məlumatlara əsasən, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır.

 

Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa şəxslə restoranda olub və onlar mübahisə ediblər.

Bütün gecə ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirləri həyata keçiriblər.

Faktla bağlı hələlik saxlanılan yoxdur.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı hələ rəsmi məlumat yaymayıb.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...