Zaqatalada fındıq bağlarında YANĞIN – VİDEO

1. 045

loading...
Zaqatalada fındıq bağlarında yanğın olub.
Dünən axşam saatlarında rayonun Aşağı Tala kənd inzibati ərazisində kənd sakinlərinə məxsus fındıq bağlarında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində sakinlərə məxsus 1,5 hektar ərazidə quru ot, kol-kos və 90 ədəd fındıq ağacı yanıb.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...