Zaqatala Diaqnostika Mərkəzinin baş cərrahı yol qəzasına düşüb VIDEO

2. 470

loading...

Zaqatala Diaqnostika Mərkəzinin baş cərrahı yol qəzsına düşüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, sentyabrın 1-i axşam saatlarında Zaqatala şəhər sakini 1982-ci il təvəllüdlü İlqar Soltan oğlu Rəhimov idarəetdiyi “Mitsubishi” markalı 62 BF 942 dövlət nömrəli minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra sürücü İlqar Rəhimov, onun həyat yoldaşı Zəhra Zahid qızı Rəhimova və ailənin azyaşlı övladı 5 yaşlı Orxan aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Diaqnostika Mərkəzinə aparılıblar.

Zaqatala Diaqnostika Mərkəzindən APA-ya verilən məlumata görə, yaralılardan İlqar Rəhimovun və Zəhra Rəhimovanın müalicəsi cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Orxanın vəziyyəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, qəzaya düşən İlqar Rəhimov Zaqatala Dioqnoztika Mərkəzinin cərrahiyə şöbəsinin müdiridir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...