Zaqatala sakini ov edərkən yaralanıb

loading...

Zaqatalada dağlıq-meşəlik əraziyə ova gedən 49 yaşlı kişi güllə yarası alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 21:30 radələrində Zaqatala şəhəri, S. Kazımov küçəsində yaşayan 1968-ci il təvəllüdlü Əhməd Ömər oğlu Məmmədov sağ qolunda çoxsaylı qırma yarası xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.

Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, hazırda Əhməd Məmmədovun müayinəsi aparılır. Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Əhməd Məmmədov ilkin ifadəsində rayonun “Meşleş” adlanan dağlıq meşəlik ərazisinə ov etmək üçün getdiyini və ovda olarkən ehtiyatsızlıqdan yıxıldığını bildirib. Əhməd Məmmədov yıxılan zaman əlində olan ov tüfəngindən açılan atəş onun sağ qoluna dəyib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...