Zaqatalada ev əşyaları ilə birgə yanaraq kül oldu – VİDEO

1. 304

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

ARB Şəki xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Aşağı Tala kəndində 1990-cı il təvəllüdlü Namin Nəzir oğlu Nəzirliyə məxsus evdə baş verib.

Hadisə yerinə FHN Zaqatala Yanğından Mühafizə Bölməsinin 2 texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində xəsarət alan olmasa da, bir mərtəbəli 3 otaqlı ümumi sahəsi 200 kv metr olan fərdi yaşayş evi içərisindəki əşyalarla birgə tamamilə yanıb. Yanğının böyüyərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

Yanğının baş vermə səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.

Fakla bağlı araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...