Zaqatalada avtomobil aşıb, 3 nəfər xəsarət alıb

loading...

Zaqatalada üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə avqustun 9-u axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayon ərazisindən keçən hissəsində baş verib.

Rayonun Bəhmətli kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Qəhrəman oğlu Hacıkərimov “VAZ 2106” markalı, 62 BH 625 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirməsi səbəbindən maşını aşırıb.

Sürücü, onun həmkəndliləri olan sərnişinləri – 1987-ci il təvəllüdlü Ramiz Rasim oğlu Muradov və onun oğlu, 2008-ci il təvəllüdlü Atəş Muradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Zaqatala bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ramiz Muradova ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Digər iki şəxsin vəziyyətləri yüngül olduğundan ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...