Zaqatalada çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işləri davam etdiriləcək

loading...

Azərbaycan prezidenti İlham Əliyev Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Zaqatalada mühüm infrastruktur layihələrinin həyata keçirildiyi, o cümlədən Beynəlxalq Hava Limanının, Olimpiya İdman Kompleksinin, Müalicə- Diaqnostika Mərkəzinin tikilərək istifadəyə verildiyi, Rayon Mərkəzi Xəstəxanasının, 3500 yerlik şəhər stadionunun, Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir olunduğu, əlil və şəhid ailələri üçün 64 mənzilli 2 yaşayış binasının inşa edildiyi, şəhərin su təchizatı sisteminin yenidən qurulduğu, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırıldığı, iri istehsal və emal müəssisələrinin yaradıldığı, 17 mindən çox yeni iş yerinin açıldığı, geniş abadlıq-quruculuq işlərinin aparıldığı bildirilir.

Sərəncama əsasən, Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 mln. manat, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 mln. manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 mln. manat ayrılıb.

 

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...