Zaqatalada minik avtomobili ağaca çırpılıb, 2 nəfər ölüb VİDEO

loading...

Zaqatalada ağır yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax- Zaqatala – Gürcüstan magistral yolunun 108-ci kilometrliyində qeydə alınıb.

“VAZ-2106″ markalı “62 BX 409” dövlət nömrə nişanlı minik maşının idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində avtomobilin sürücüsü, Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Qaracayev Taleh Aslanbəy oğlu hadisə yerində ölüb. Avtomobilin sərnişini, 1988-ci il təvəllüdlü Aşağı Tala kənd sakini Yunusov Qismət Ziyəddin oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Zaqatalada ağır yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonu, Bəhmənli kəndində, sahibi məlum olmayan “VAZ-2106” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişinin (naməlum kişi) cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:00-da başa çatıb.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...