Zaqatalada ağac kəsən şəxs cərimələndi

loading...

Zaqatalada ağac kəsən şəxs cəzalandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, nazirliyin “Qaynar xətt”inə Zaqatala rayonunun Muxax kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ərazidə yaş köküstə 7 ədəd ağ akasiya ağacının rayon sakini İlqar Gəncəliyev tərəfindən kəsildiyi aşkar olunub. Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə İ.Gəncəliyevə 2890 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...