Fındığın qiyməti UCUZLAŞDI – VİDEO

loading...

Zaqatalada bu il yayda erkən yetişən fındığın qiyməti keçən ilə nisbətən 2 dəfə aşağı düşüb. Fındıq təsərrüfatçılarının dediyinə görə yay fındığının qiymətinin aşağı olması avqust ayının sonu yetişən digər fındığın qiymətinə də təsir edəcək.

Yay fındığının qiyməti iki dəfə aşağı düşüb.

İyul ayının əvvəlləri yetişməyə başlayan yay fındığının avqust ayının ortalarına qədər satışı davam edir.Fındığın qiymətində bu il düşüş var. keçən ilə nəzərən yay fındığı bu il iki dəfə aşağı qiymətə satılır.

Məhsuldarlığın bu ildə yüksək səviyyədə olmasına baxmayaraq qiymətlərin iki dəfə aşağı olması fındıq təsərrüfatçılarını həvəsdən salıb.

Onların sözlərinə görə yay fındığının qiymətinin aşağı olması Avqust ayının sonu yetişən digər fındığın d qiymətinə də təsir edəcək.

Bu il Yay fındığının qiyməti 1.20 -2 manat arasında dəyişib. Hal hazırda bazarda 1 kq yay fınığının qiyməti isə 1 manat 70 qəpikdən təklif edilir.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...