Ərzaq məhsulları alarkən diqqətli olun! – XƏBƏRDARLIQ – VİDEO

412

loading...

Məlumatsızlıq sonda faciə ilə nəticələnə bilər. Buna görə də ərzaq məhsulları alarkən diqqətli olun! Xüsusilə də isti yay günlərində.

Xezerxeber.az məlumat verir ki, elə bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara ərzaq məhsulları alarkən onların saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

Qurumun şöbə müdiri Şahin Nağıyev deyir ki, qanunvericiliyə görə, məhsul markalanarkən onun istehsalçısı, istehsalçının ünvanı, son istifadə tarixi, həmçinin, məhsulun tərkibi, saxlanma şəraiti və temperaturu barədə məlumatlar verilməlidir. Ərzaq məhsullarının saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması və ya birbaşa günəş şüaları altında saxlanılması onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və keyfiyyətin aşağı düşməsinə səbəb olur.

Qeyd olunan tələblərə əməl olunmayan ticarət obyektlərindən mal almaqdan çəkinmək tövsiyə olunur. Bəs belə halla qarşılaşdıqda vətəndaşlar nə etməlidirlər?

Vətəndaşlar 195-2 Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və “Facebook” səhifəsi vasitəsilə, eləcə də Nazirliyin, 498-15-01 və ya 498-15-04 nömrəli telefonları ilə əlaqədə saxlaya bilərlər.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...