Zaqatalada 41 yaşlı kişi intihar edib

loading...

Zaqatala rayonunda intihar hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saat 06 radələrində rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Bayram Ramazan oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə aşkar edilib.

B. Ramazanovun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

1357 Ümumi bağış 1 Bu gün

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...