Balakəndə və Zaqatalada helikopterlərlə əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib

1. 199

loading...

İyulun 25-26-da Daxili İşlər Nazirliyinin (DİN) aidiyyəti qurumlarının əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarızə sahəsində Balakən və Zaqatala rayonları ərazisindəki meşə massivlərində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib.

DİN-in və DSX-nin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında qeyd olunub ki, DİN Daxili Qoşunlarına məxsus helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyənləşib. Həmin faktlar üzrə ümumi çəkisi 26 ton 685 kiloqram olan 26 min 660 ədəd narkotik tərkibli çətənə kolları, xalis çəkisi 23 kiloqram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Həmin cinayətlərin törədilməsində şübhəli bilinən üç nəfər saxlanılaraq istintaqa cəlb olunub.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı zəruri tədbirlər davam etdirilir.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...