Azərbaycan Geologiya Muzeyinə gətirilən sonuncu eksponat Zaqatala rayonunda tapılıb

671

loading...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyinin fonduna cari ilin ötən dövründə 15-ə yaxın nümunə gətirilib. Gətirilmiş eksponatlar əsasən kvars mineralları, dekorativ daşlardan ibarətdir və Daşkəsən, Xızı rayonlarında, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərqində yerləşən bölgələrdə aşkarlanıb. Ən sonuncu nümunə isə Zaqatala rayonunda tapılan və muzeyə bir neçə gün öncə gətirilən kvars mineralıdır.

Bu barədə AZƏRTAC-a muzeyin direktoru Xalid Mirzəbəyov məlumat verib.

X.Mirzəbəyov, həmçinin qeyd edib ki, muzeyin fondunda 14 minə yaxın eksponat var. Lakin onlardan 6 minə qədəri nümayiş olunur.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...