Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Zaqatalada vətəndaşları qəbul edəcək

815

loading...

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Zaqatala rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, qəbulda Balakən, Zaqatala, Qax, Şəki rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul iyulun 28-də saat 12:00-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki regional bölməsinə (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 182) müraciət etmələri (əlaqə tel.: (024-244-66-14) xahiş olunur.

Bundan əlavə, Balakən, Zaqatala, Qax rayon təhsil şöbələrində iyulun 20-dən 27-nə kimi (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...