Zaqatalada yeniyetmə canavar hücumuna məruz qalıb

1. 529

loading...

Zaqatalada yeniyetmə canavar hücumuna məruz qalıb.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Aşağı Çardaqlar kənd sakini, 2001-ci il təvəllüdlü Məhəmməd Ramiz oğlu Məmmədov kəllənin gicgah nahiyəsinin dişlənmə xəsarəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Məhəmməd Məmmədov  Azərbaycanın Gürcüstanla həmsərhədində, Zaqatala rayonu Aşağı Çardaqlar kəndinin inzibati ərazisində meşə massivində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hücumuna məruz qalıb. O həkimlərə bildirib ki, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtara bilib.

Ona quduzluq əleyhinə iynə vurulub, vəziyyəti normaldır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...