Zaqatalada 5 otaqlı ev yanıb

Ötən axşam respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Lənkəran rayonu, Boladı kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyünün  yanar konstruksiyaları 60 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 117 m2 olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin  tavanı  20 m2 sahədə, 1 ədəd ”Samsung” markalı soyuducu və 1 ədəd aspirator yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

loading...

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...