Zaqatalaya qonaq gedən 16 yaşlı oğlanı maşın vurub

975

Zaqatalaya qohumlarına qonaq gələn 16 yaşlı oğlanı maşın vurub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyulun 3-ü saat 21.00 radələrində rayonun Aşağı Tala kəndində Ramazan Məhəmməd oğlu Mirzəyev idarə etdiyi “VAZ 21074” markalı 57 BV 476 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 2001-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Bəhruz Bəhram oğlu Əliyevi vurub. Yeniyetmə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Zaqatala MRX-dan APA-ya bildirilib ki, Bəhruz Əliyevin müalicəsi xəstəxananın travmatologiya şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir. Bildirilir ki, Bəhruz Əliyev Zaqatalanın Aşağı Tala kəndində yaşayan qohumlarına qonaq gəlib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...