Zaqatalada yük avtomobili yanıb

Zaqatalada KamAZ markalı yük avtomobili yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Muğanlı kəndində baş verib.

KamAZ vətəndaşa məxsus olub. Yük avtomobilinin banında olan 1,8 ton ot bağlaması yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...