Ləzzət istirahət guşəsi haqqında bilmədikləriniz ( Şəkillər və Videolar )

Ləzzət istirahət zonası, 1987-ci ildə Azərbaycanın füsünkar Guşəsi olan, Zaqatala rayonunda, Zilban çayının sol sahilində, dağ yamacında, dünyada tanınmış iş adamı, ixtisasca tütünçü olan məşhur biznesmen Hacı Bəy İsaq oğlu Zakatalaski tərəfindən yaradılmışdır. Çox çətin şəraitdə yaşayan, Çox uzaq tarixlərdə adı çəkilən, Cəsur Car əhalisini işlə təmin etmişdir. Ləzzət istirahət zonası yerləşən ərazinin bir hissəsi Dövlət su fonduna, digər hissəsi Dövlət meşə fonduna aiddir. Həmən ərazi yararsız kol kos basmış çınqıllı yer olmaqla bərabər, ora yol olmayıb. Ancaq Car kəndindən silban çayına düşmək üçün bir neçə çığır olub. Yorulmaq bilməyən cəsarətli Hacıbey Zakatalski az vaxt içərisində Car kəndindən əsaslı yoldan ləzzət istirahət məkanına böyük şəxsi vəsait hesabına yol çəkdirdi. Silban çayının üzərindən 15 ( on beş ) tonluq körpü inşa etdi. Ləzzət istirahət zonasına kimi yolu asvalt tökdürdü. 1987-ci ildə Dövlət qanunlarını rəhbər tutaraq ləzzət istirahət zonasını ( Ləzzət koperativi ) tələb olunan bütün sənədləşdirməni aparmışdır. O dövürdə turist qrupları tam sənədləşmə olmayan istirahət zonalarına səyahət etmirdilər,müqavilə bağlamırdılar, ləzzət istirahət zonasının qanuni fəaliyyətinə görə Rusyadan, müxtəlif vilayətlərdən turist axını başladı. Az vaxt içərisində ləzzət istirahət zonasının adı dünyanın hər yerində səslənməyə başladı. Ləzzət istirahət zonası öz stendi ilə ölkəmizi bir neçə beynalxalq turizm sərgilərində təmsil etmişdir. Rusyanın moskvadaki dom kino dövlət şirkəti Zaqatalaya ləzzət istirahət zonasına jurnalist qruppasını göndərmiş (koperativ belə olmalıdır) adlı kino çəkmişdir və SSRİ məkanının hər yerində yayımlanmışdır. Amerika yazıçısı A. Craig Copetas ozünün BEAR HUNTİNG WİTH THE POLİTBURO adlı kitabını ləzzət istirahət zonasına həsr etmişdir. Ləzzət istirahət zonası 20 ( iyirmi ) ildən artıqdır ki, Beynalxalq turizm kataloqunda xüsusi yer almışdır. Dünyanın məşhur səyyahətçiləri ləzzət istirahət zonasına beynalxalq turizm kataloqunun xətti ilə gəlirlər. Ləzzət istirahət zonasını məşhurlaşdıran anlardan biri də, ölkəmizin müstəqilliyinə həsr olunan məhsul cəmiyyətinin xətti ilə 1992-ci ildə keçirilən beynalxalq düzüdo yarışı olmuşdur. Ləzzət istirahət zonası həmən yarışa yeganə sponsorluq etmişdir. Azərbaycan korlar cəmiyyətinin xətti ilə keçirilən beynalxalq stol üstü dama yarışına sponsorluq etmişdir. Ləzzət istirahət zonasının ölkəmizdə və Zaqatala rayonunda gördüyü xeyriyə işlərindən yazası olsaq xeyli vaxt tələb olunacaq. Bütün bu yazdıqlarımıza rəhbərlik edən Hacıbey İsak oğlu Zakatalski-nin həyatından yazası olsaq, bir neçə cild kitab yazmalıyıq. Hacıbey İsak oğlu Zakatalski Ölkəmizin Zaqatala rayonunun fəxridir. Gələcək gənc nəsil üçün biznes kataloqudur. Biz Ölkəmizə gələn turistlərə, ziyarətçilərə, qonaqlara məsləhət görürük Zaqatalaya gəlin, ləzzət istirahət zonasına gəlin. Qonaqpərvərliyin şahidi olun. Ləzzət istirahət zonasının müalicəvi əhəmiyyətli suyu limonatların, kampotların dadına baxın. Ləzzət istirahət zonasının yaddan çıxmaması üçün 28 çeşiddə ölkəmizin heç bir mətbəxində hazırlanmayan qeyri adi təamların dadını dadın. Ləzzət istirahət zonasında katec tipli mehmanxana fəaliyyət göstərir. Ləzzət istirahət zonasında 3 mətbəx Azərbaycan, Dağıstan, və Gürcüstan xalqının milli xörəkləri və ləzzətin öz resepti ilə hazırlanan qeyri adi xörəkləri vardır. Ləzzət istirahət zonasının ətrafı füsünkar dağlar və gözəl meşəlikdir. İstirahətinizi ləzzətdə keçirmək məsləhətdir. Bu gün ləzzət istirahət zonasına gələn ziyarətçilərin və qonaqların bir şuarı vardır. Azərbaycanın dilbər guşəsində, Zaqatalada olmusansa Ləzzət istirahət zonasında olmamısansa diməli Zaqatalada olmamısan.

1827 Ümumi bağış 1 Bu gün

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...