Zaqatalada külli miqdarda narkotik tərkibli bitki məhv edilib

1. 820

Zaqatalada külli miqdarda narkotik tərkibli bitki məhv edilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşların rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində “Xaş-xaş 2017” şərti adı altında növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir nəticəsində rayonun Aşağı Tala kənd bələdiyyəsinə məxsus və rayonun Yuxarı Çardaqlar kənd sakininə icarəyə verilmiş 2,5 hektar torpaq sahəsində aşkar edilən, ümumi sayı 17983 ədəd olmaqla çəkisi 9 ton 865 kq narkotik tərkibli bitki hesab olunan və yabanı halda bitmiş çətənə bitkisinin kolları RPŞ-nin əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.

Zaqatala RPŞ-dən APA-ya bildirilib ki, rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirləri il boyu davam etdiriləcək.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...