Zaqatalada “Nissan” ağaca çırpılıb, sərnişin xəsarət alıb – YENİLƏNİB

197

Bu gün Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 133-cü kilometrliyində, Zaqatalanın Qazangül qəsəbəsi ərazisində rayonun Yuxarı Tala kənd sakini, 1991-ci il təvəllüdlü Səddam Mehman oğlu Mehdiyev idarə etdiyi “Nissan Navara”  markalı 99 AM 931 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə maşında sıxışıb qalan S. Mehdiyev və sürücünün həmkəndlisi, 1981-ci il təvəllüdlü Mahmud İbrahim oğlu Vanatiyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hər iki yaralı Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb, vəziyyətləri hazırda orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, qəzaya düşən avtomobil “Bakcell Ltd” MMC-yə məxsusdur, Səddam Mehdiyev və Mahmud Vanatiyev isə şirkətin işçiləridir.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

07.20

Zaqatala rayonu ərazisində “Baksell Ltd” MMC-yə məxsus “Nissan” markalı minik avtomobili idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...