Sahibsiz it Zaqatala sakinini dişləyib

209

Zaqatalada quduzluğa tutulması ehtimal olunan sahibsiz it 35 yaşlı kişini dişləyib.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saatlarında rayonun Çobankol kənd sakini, 1982-ci il təvəllüdlü Sərxan Piri oğlu Mustafayev sol bilək nahiyəsinin it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Sərxan Mustafayevə xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

235236523654367457845745

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...