Qax və Zaqatala yolu nə vaxt düzələcək? – Rəsmi açıqlama

Qax və Zaqatalanın bir qrup sakini rayonları birləşdirən köhnə magistral yolun bərbad vəziyyətdə olduğunu deyirlər. Onlar bununla bağlı “Qafqazinfo”ya müraciət ediblər.

Sakinlər bildiriblər ki, yol illərdir eyni vəziyyətdədir və bu hal da iki rayon arasındakı, o cümlədən, Ləkit, Zərnə, Güllük və bir çox kəndlərə gediş-gəlişi xeyli çətinləşdirir. Yolun yenidənqurulması planlaşdırılsa da, işlər çox zəif gedir.

“Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb. O, bildirib ki, hazırda həmin yolda təmir işləri gedir və ilin sonuna kimi yekunlaşması gözlənilir:

“Prezident İlham Əliyevin 5 noyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən, Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması işlərinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Hazırda ərazidə torpaq işləri görülür, yeni yol əsasının tikintisi işləri aparılır. Bundan başqa, 5 yeni körpünün tikintisi və 1 mövcud körpünün əsaslı təmiri də nəzərdə tutulub. Görülən işlərin nə vaxt yekunlaşacağını dəqiq demək olmur. Hava şəraitindən çox şey asılıdır. Ancaq çalışılacaq ki, bu ilin sonu, gələn ilin əvvəlinə yekunlaşsın”.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...