Zaqatalada 50 yaşlı ağacı kəsən şəxs cərimələnib

Zaqatalada 50 yaşlı ağacı kəsən şəxs cərimələnib.

Fevralın 28-də APA İnformasiya Agentliyinə Zaqatala şəhəri ərazisində qanunsuz ağac kəsilməsi ilə bağlı müraciət daxil olub. Agentlik daxil olan müraciət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib.

Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, daxil olan müraciət araşdırılıb, fakt təsdiqini tapıb. “Həmin ərazidə 1 ədəd 40-50 yaşlı 40 sm diametrində yaş köküstə palıd ağacının kəsildiyi müəyyənləşib. Təqsirkar Bayram Nəcəfov “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərini pozduğuna və İnzibati xətaya yol verdiyinə görə barəsində protokol tərtib olunub. Təbiətə vurduğu ziyana və inzibati xətaya görə ona ümumilikdə 2400 manat məbləğində cərimə və ziyan tətbiq edilib”.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...