Zaqatalada fındıq bağlarında yanğın olub

Zaqatalada fındıq bağlarında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 16.00 radələrində rayonun Muğanlı kənd inzibati ərazisində kənd sakinlərinə məxsus fındıq bağlarında yanğın qeydə alınıb.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində kənd sakini Rəvan Nəriman oğlu Babayevə məxsus 0,5 hektar sahədə olan 40 ədəd fındıq kolu yanıb. Yanğının genişlənərək digər sakinlərə məxsus sahələrə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...