Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar tutulub

Zaqatala polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gəncə şəhər və Balakən rayon sakinlərini həbs edib.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-yə daxil olmuş məlumat əsasında “BMW” markalı, 10 XR 543 dövlət nömrə nişanlı avtomobil Zaqatala şəhəri ərazisində saxlanılıb. Axtarış zamanı avtomobildə ümumi çəkisi 14,34 qram olan narkotik vasitə hesab edilən  qurudulmuş marixuana aşkar olunaraq götürülüb. 
 

Araşdırma zamanı məlum olub ki, Gəncə sakinləri  Arif Asif oğlu Həsənov,  Gündüz Cəmil oğlu Məmmədov,   Emin Yaşar oğlu Əliyev və Balakən rayon sakini  Natiq Abdulhəmid oğlu Ovçiyev narkotik maddənin əldə olunması məqsədi yanvarın 31-də Natiq Ovçiyevin qohumu olan Balakən rayon sakini  Mehman Hicran oğlu Ovçiyev ilə Balakən şəhəri ərazisində görüşüblər. Mehman Ovçiyev onlara 180 manat müqabilində 4 ədəd kibrit qutusundakı narkotik vasitəni satıb.  Daha sonra Gəncə şəhər sakinləri  əldə etdikləri narkotik maddəni Balakənə gəldikləri avtomobildə gizlədərək Gəncə şəhəri istiqamətinə yola düşüblər.

Saxlanılan şəxslər barəsində Zaqatala rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...