Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb video

217

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə yanvarın 22-i axşam saat 19 radələrində rayonun Əliabad qəsəbəsi ərazisində baş verib.

Əliabad qəsəbə sakini, Samiq Mahma oğlu Muradov idarə etdiyi “VAZ 21074” markalı avtomobillə hərəkətdə olarkən yolu sərxoş halda keçmək istəyən piyada 1955-ci il təvəllüdlü Ramiz Ağabala oğlu Ağaməmmədovu vurub. R. Ağaməmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

Sosial səhifələrdə paylaş

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...