Zaqatalada 52 yaşlı kişi özünü asıb

222

Zaqatalada kişi özünü asaraq, intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 08:30 radələrində rayonun Aşağı Tala kəndində kənd sakini, 1965-ci il təvəllüdlü Eldar Həsən oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki  yardımçı tikilidə aşkarlanıb. İki övlad atası olan E. Ramazanovun həyatına qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...