Zaqatalada 30 yaşlı kişi qolunu doğrayıb

Zaqatalada 30 yaşlı kişi qolunu doğrayıb.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanvarın 5-i axşam saat 19 radələrində Zaqatala şəhəri Azərbaycan prospektindəki binalardan birində yaşayan, 1987-ci il təvəllüdlü Müseyib Akif oğlu Hüseynov sol qolunun çoxsaylı kəsiyi xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, M. Hüseynov hələlik məlum olmayan səbəbdən intihar etmək məqsədi ilə kəsici alətlə özünə xəsarət yetirib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

1799 Ümumi bağış 3 Bu gün

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...