Zaqatalada 25 yaşlı oğlanın əl barmaqları amputasiya olunub

268

Zaqatalada bədbəxt hadisə nəticəsində gənc oğlanın əl barmaqları amputasiya olunub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dekabrın 19-da rayonun Zəyəm kənd sakini, 1991-ci il təvəllüdlü Nurlan İbrahim oğlu İsayev evdə yeni il şənliyində istifadə etmək üçün el arasında “pojik” kimi tanınan partlayıcı qurğu düzəldib. N. İsayev düzəltdiyi partlayıcı qurğunun necə işlədiyini yoxlayan zaman qurğu əlində dağılıb. Nəticədə N. İsayevin sol əlinin barmaqları ciddi xəsarət alıb.

N. İsayev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan APA-ya bildirilib ki, N. İsayevin sol əli üzərində cərrahiyə əməliyyatı aparılıb və iki barmağı dibdən, bir barmağı isə uc hissədən amputasiya olunub. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan N. İsayevin hazırda vəziyyəti orta-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...