Zaqatalada yaxın qohumların dəm qazından boğularaq öldüyü məlum olub – YENİLƏNİB ”video”

Zaqatalada evdə meyiti tapılan gənclərin yaxın qohum olduğu və dəm qazından boğularaq öldüyü müəyyənləşib.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala rayonu Yuxarı Tala kəndində fərdi yaşayış evində meyitilərinin üzərində heç bir zorakılıq əlamətləri olmayan şəxslər Zaqatala rayon sakinləridir və dayı-bibi uşaqlarıdır.

Onlardan 1995-ci il təvəllüdlü Məhəmməd Akif oğlu Abdullayev Zaqatala şəhəri Sülh küçəsi ev 7, mənzil 33-də, 1993-cü il təvəllüdlü Rövşən Sədi oğlu Mustafayev isə rayonun Yuxarı Tala kəndində hadisənin baş verdiyi ünvanda qeydiyyatdadır.

Hadisə zamanı evdə Məhəmməd və Rövşəndən başqa heç kim olmayıb. Aparılan araşdırma və müayinə zamanı məlum olub ki, onlar dəm qazından zəhərlənərək boğulub ölüblər.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

21:00

Zaqatalada fərdi yaşayış evindən iki gəncin meyiti tapılıb.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 19:20 radələrində Zaqatala MRX-nın Təcili Tibbi Yardım Stansiyasına rayonun Yuxarı Tala kənd inzibati ərazisindən evdə iki nəfərin boğulması bəradə çağırış gəlib.

Çağırış əsasında hadisə yerinə gedən həkim briqadası evdə 20-21 yaşlı Rövşən Sədi oğlu Mustafayev və Məhəmməd Abdullayev adlı şəxslərin meyitlərini aşkarlayıb. İlkin müayinə zamanı onların bir gün əvvəl öldüyü müəyyənləşib. Hazırda Zaqatala rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Sosial səhifələrdə paylaş

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...