Zaqatalada Kapital bank filialında yanğın olub ( Video )

172

“Kapital Bank”ın  Zaqatala rayon filialında yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, yanğın saat 9.40 radələrində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları gəlib. Yanğının qarşısı alınıb. Xəsarət alan olmayıb.

Hadisə yerində araşdırma aparılır.

https://www.youtube.com/watch?v=0jCIWrG77sU&feature=youtu.be%20

Oxşar yazılar Digər xəbərlər

Rəylər

Gözləyin...